
İşğaldan azad olunan Zəngilan rayonunun Ağalı kəndində məktəblilər ilk qar sevincini yaşayıb.
Məktəblilər və müəllimlər qartopu oynayıblar.
Xatırladaq ki, işğaldan azad olunan Zəngilan rayonunun Ağalı kənd tam orta məktəbində 29 ildən sonra ötən ilin sentyabr ayında ilk dəfə dərs başlayıb.
