ZƏNGİLANDA SU ELEKTRİK STANSİYALARINDA İŞLƏRİN BAŞA ÇATACAĞI VAXT AÇIQLANIB

Hazırda Zəngilan rayonu ərazisində gücü 42 MVt olan 4 ədəd su elektrik stansiyasının o, cümlədən Şayıflı”, “Sarıqışlaq”, “Zəngilan” və “Cahangirbəyli” kiçik su elektrik stansiyalarının tikintisi davam edir.

Bunu Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi” hesabatına dair keçirilən ictimai dinləmədə “Azərenerji” ASC, Enerji İstehsalı Operatorunun Hidrotexniki Xidmətinin rəisi Rüstəm Rəcəbov deyib.

Onun sözlərinə görə, işlərin cari ilin sonuna yekunlaşması planlaşdırılır.