ZƏNGİLANDA SİLAHLARIN VƏ PARTLAMAMIṢ VASİTƏLƏRİN AŞKAR OLUNMASI İSTİQAMƏTİNDƏ TƏDBİRLƏR DAVAM ETDİRİLİR

Zəngilanda minalar və silahlar aşkarlanıb (FOTO)

Zəngilan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində silahların və partlamamıṣ vasitələrin aşkar olunması istiqamətində tədbirlər davam etdirilir.

DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, polis əməkdaşları rayonun Keçikli kəndi ərazisində xidmətdə olan zaman 5 avtomat, 1 pulemyot, 1 qumbaraatan, 1 snayper tüfəngi, 18 piyada əleyhinə mina aşkar edilib və müvafiq qaydada götürülüb.

Faktla bağlı araşdırma aparılır.