ZƏNGİLANDA DSX-NİN YENİ HƏRBİ HİSSƏSİ TİKİLİR

Zəngilanda Dövlət Sərhəd Xidmtinin (DSX) yeni hərbi hissəsi tikilir.

Artıq son tamamlanma işləri aparılır.

Bu ayın sonuna kimi hərbi hissənin istifadəyə verilməsi gözlənilir.

Qeyd edək ki, bu günə kimi Cəbrayıl, Zəngilan, Qubadlı və Laçın rayonunun bir hissəsində DSX-nin 10 yeni hərbi hissəsi tikilərək istifadəyə verilib. Daha 6-nın tikintisi aparılır.