ZƏNGİLAN VƏ QUBADLI RAYONLARI ÜZRƏ ÇÖL ÖLÇMƏ İŞLƏRİ YEKUNLAŞIB

2022-ci ildə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 568 min 462 hektar ərazidə çöl ölçmə işləri aparılıb və bunun 389 min 109 hektarı işğaldan azad olunmuş ərazilərimizi əhatə edib.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.

Nazir bildirib ki, Zəngilan və Qubadlı rayonları üzrə bu istiqamətdə işlər yekunlaşdırılıb və müvafiq kadastr sistemlərinə miqrasiya olunub.