PREZİDENT İLHAM ƏLİYEV ZƏNGİLAN ŞƏHƏRİNDƏ BEŞİNCİ YAŞAYIŞ KOMPLEKSİNİN TƏMƏLİNİ QOYUB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 3-də Zəngilan şəhərində beşinci yaşayış kompleksinin təməlini qoyub.

Dövlətimizin başçısına kompleks barədə məlumat verilib.

Qeyd olunub ki, yaşayış kompleksi şəhərin mərkəzi hissəsində, orta sıxlıqlı və çoxfunksiyalı zonada yerləşir. Kompleksin ərazisi məktəb və uşaq bağçası, Zəngilan Konqres Mərkəzi və şəhər parkının yaxınlığında yerləşir.

Yaşayış məhəlləsi 5 hektar ərazini əhatə edir. Burada binalar 3, 4, 5 və 6 mərtəbədən ibarət olacaq. Ümumilikdə bu yaşayış kompleksində 334 mənzilin inşası nəzərdə tutulub.

Prezident İlham Əliyev yaşayış kompleksinin təməlini qoyub.