ZƏNGƏZUR MİLLİ PARKINDAKI FƏALİYYƏT ZONALARI ÜZRƏ BÖLGÜ TƏSDİQ EDİLİB

Nazirlər Kabineti “Akademik Həsən Əliyev adına Azərbaycan Respublikasının Zəngəzur Milli Parkının ərazisinin xüsusi mühafizənin ayrı-ayrı rejimləri tətbiq olunan fəaliyyət zonaları üzrə bölgüsü”nü təsdiq edib.

Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Sənədə əsasən, “Akademik Həsən Əliyev adına Azərbaycan Respublikasının Zəngəzur Milli Parkının ərazisinin xüsusi mühafizənin ayrı-ayrı rejimləri tətbiq olunan fəaliyyət zonaları üzrə bölgüsü” əlavə olunmuş xəritədə və aşağıda göstərilən hüdudlarda təsdiq edilib:

1. Xüsusi mühafizənin hüquqi rejimi tətbiq edilən zona (qoruq rejimi) – 15652,53 hektar.

2. Təsərrüfat fəaliyyətinin tənzimlənən rejimi tətbiq edilən zona – 26997,87 hektar.

3. Turizm və rekreasiya zonası – 124,82 hektar.

4. Turistlərə və başqalarına xidmət göstərilən zona – 4,40 hektar.

5. Milli Parkın fəaliyyətini təmin etmək üçün təsərrüfat-istehsalat zonası – 0,23 hektar.