ZƏLZƏLƏ MÜHƏNDİSLİYİ SAHƏSİNDƏ DÜNYANIN TANINMIŞ MÜTƏXƏSSİSLƏRİ BAKIDA BİR ARAYA GƏLƏCƏKLƏR

Aprelin 26-28-də Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) təşkilatçılığı ilə Bakıda “Seysmik dayanıqlı müasir qurğular” Beynəlxalq Konqresi (AERS 2023) keçiriləcək.
AzMİU-dan bildirilib ki, konqresdə Türkiyə, Yaponiya, İtaliya, İngiltərə, Kanada, ABŞ, Portuqaliya, Danimarka və digər ölkələrdən olan alimlər iştirak edəcək. Məqsəd zəlzələ mühəndisliyi sahəsinin tanınmış mütəxəssislərini zəlzələ tədqiqat mərkəzlərinin və sektorun aparıcı şirkətlərinin rəhbərləri ilə bir araya gətirərək müvafiq fundamental və tətbiqi məsələləri müzakirə etmək üçün unikal forum təşkil etməkdir.
Konqresdə zəlzələ mühəndisliyinin müxtəlif sahələrində zəlzələyə davamlı strukturların təhlili və layihələndirilməsi sahəsində tədqiqatlar təqdim olunacaq.
Məruzələri martın 17-dək azer.qasimzade@azmiu.edu.az ünvanına göndərmək xahiş olunur.
Konqresə Azərbaycandan materialların qəbulu ödənişsizdir.