ZƏFƏR GÜNÜ MÜNASİBƏTİLƏ İSTANBULUN RƏMZLƏRİ AZƏRBAYCAN BAYRAĞININ RƏNGLƏRİ İLƏ İŞIQLANDIRILIB

Azərbaycanın Vətən müharibəsində əldə edilən şanlı Zəfərin ikinci ildönümü münasibətilə İstanbulun iki qitəsini birləşdirən 15 İyul – Şəhidlər körpüsü, eləcə də tarixi Qalata Qülləsi Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırılıb.
Tədbir ölkəmizin İstanbuldakı baş konsulluğunun təşəbbüsü, Türkiyənin aidiyyəti qurumlarının dəstəyi ilə baş tutub.