Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) müraciət edib.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən verilən məlumata görə, müraciətdə deyilir:
“Yüksək sürət, düzgün manevr etməmə “Yol hərəkəti haqqında” qanunda əksini tapmasına baxmayaraq, bir çox hallarda əksər sürücülərin diqqətə almadığı bu qaydalar sonda ölüm və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olur. Halbuki dəfələrlə xəbərdarlıq edilməsinə və bu istiqamətdə maarifləndirici videolar paylaşılmasına baxmayaraq, əfsuslar olsun ki, hələ də özlərinin və digər hərəkət iştirakçılarının həyatını təhlükəyə atan hadisələr baş verir.
Sürücülərə bir daha xatırladırıq: “Yol hərəkəti haqqında” qanunun 42-ci maddəsinə əsasən, sürücü hərəkətə başlamazdan, yer dəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücüləri yollarda diqqətli olmağı və yol hərəkəti qaydalarına əməl etməyə çağırır”.