“YOUTUBE” YENİ REKLAM BLOKLAMA FUNKSİYASINI SINAQDAN KEÇİRİR

“Youtube”, reklam blokerlərini ödənişli abunəçiliyə cəlb etmək üçün dəyişiklik etməyə davam edir.

Platformada reklamı bloklayan proqramdan istifadə edənləri indi pop-up funksiyası qarşısını alacaq.

“YouTube” istifadəçilərə yalnız iki seçim təklif edəcək; Reklam blokerini söndürmək, yaxud “YouTube Premium”da qeydiyyatdan keçmək.

“YouTube” nəinki bu xəbərdarlığı aradan qaldıracaq, həm də istifadəçidən müəyyən müddət ərzində seçim (30 – 60 saniyə) etməyi xahiş edəcək. İstifadəçi ya “YouTube”da reklamlara icazə verəcək, ya da “YouTube Premium”a keçəcək. “YouTube” bu funksiyanı qlobal miqyasda müəyyən qruplarda sınaqdan keçirir.