
Türkiyənin Müdafiə Texnologiyaları Mühəndislik və Ticarət A.Ş. (STM) şirkəti tərəfindən hazırlanan Dönər Qanadlı pilotsuz uçuş aparatı (PUA) BOYGA bütün sınaq mərhələlərini uğurla tamamlayaraq Türkiyə ordusuna təhvil verilib.
TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyə Müdafiə Sənayesi Komitəsinin (TMSK) sədri İsmail Demir öz “Twitter” hesabında paylaşıb.
“Milli vasitələrlə inkişaf etdirdiyimiz mini BOYGA PUA daşıdığı 81 mm-lik minaatan sursatını tam dəqiqliklə hədəfə ataraq məhv edir”, – deyə Demir bildirib.
Qeyd edək ki, BOYGA PUA-sı 1500 metr yüksəkliyə çıxaraq 30 dəqiqəyə yaxın havada qala bilir.
