YEREVANIN MİNA XƏRİTƏLƏRİNİ VERMƏSİ ÜÇÜN KTMT-NİN POTENSİALINDAN İSTİFADƏ EDİLMƏLİDİR – RUSİYALI EKSPERT

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) potensialından mümkün qədər çox istifadə etmək lazımdır, Yerevan məhz bu təşkilata minalanmış ərazilərin xəritələri təqdim edəcək.

Bunu rusiyalı politoloq, tarix elmləri namizədi, Rusiya Federasiyasının Etnik və beynəlxalq araşdırmalar mərkəzinin elmi direktoru Anton Bredixin deyib.

Mütəxəssis qeyd edib ki, bu gün Qarabağ bütün Cənubi Qafqaz üçün münasibətlərin yenidən formatlanma nöqtəsidir.

Onun sözlərinə görə, orada sülh olacaqsa, bütün bölgədə sülh olacaq, yenidən gərginlik başlayacaqsa, genişmiqyaslı müharibə başlayacaq.

A.Bredixin insanların dinc həyata qayıtmalı olduğunu və bunun üçün yalnız Bakı deyil, Yerevanın da maksimum səy göstərməsini vurğulayır.

Lakin onun sözlərinə görə, azad edilmiş ərazilərdə mina təhlükəsi davam etdikcə, qaçqınlar öz evlərinə dönə bilməyəcəklər.