YAXIN VAXTLARDA ŞƏHİD AİLƏLƏRİ VƏ QAZİLƏR ÜÇÜN NÖVBƏTİ YAŞAYIŞ KOMPLEKSİNİN AÇILIŞI OLACAQ

Yaxın vaxtlarda şəhid ailələri və qazilər üçün tikilən yaşayış kompleksinin açılışı olacaq.

Bunu Sosial Xidmətlər Agentliyinin idarə heyətinin sədri Vüqar Behbudov bildirib.

Onun sözlərinə görə, Bakı üzrə mənzillərin verilməsinə başlanılıb:

“Artıq bu kateqoriyadan olan 260 şəxsə mənzillərin verilməsi həyata keçirilib. Bu şəxslər Bakı şəhəri üzrə qeydiyyatda olanlardır. Artıq iki kompleksin açılışı olub və yaxın vaxtlarda daha bir kompleksin açılışı nəzərdə tutulur”.