Yardımlı rayonunun Honuba kəndi yaxınlığında dağlıq ərazidəki meşə zolağında yanğın davam edir.
Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən bildiriblər ki, yanğının söndürülməsi və geniş əraziyə yayılmasının qarşısını almaq məqsədilə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin, Mülki Müdafiə Qoşunlarının və Cənub Regional Mərkəzinin ümumilikdə 130 nəfərlik şəxsi heyəti, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları və yerli sakinlər mürəkkəb dağ relyefi şəraitində (yanğının söndürülməsində əsasən əl əməyindən istifadə olunur) yanğınsöndürmə işlərini həyata keçirirlər.
Avqustun 3-də səhər saatlarından etibarən FHN-in Aviasiya dəstəsinin bir helikopteri də yanğınsöndürmə işlərinə cəlb olunub.
Hadisə ilə bağlı əlavə məlumat veriləcək.