YAQUT QARAYEVA: YOLUXMA FAİZLƏRİNDƏ CİDDİ ŞƏKİLDƏ AZALMA MÜŞAHİDƏ OLUNUR

Bu günlərdə koronavirusa yoluxma faizlərində ciddi şəkildə azalma müşahidə olunur.

Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqi zamanı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Xəstəliklərin kontrolu və profilaktikası departamentinin müdiri Yaqut Qarayeva deyib.

O qeyd edib ki, son 3 ay ərzində ən yüskək yoluxma faizi yenə də noyabr ayına təsadüf edib.

“Respublikada poztiv nəticələr daha çox Bakı və Abşeronda qeydə alınıb. Ümumi olaraq, vəziyyəti stabil olaraq qiymətləndiririk”, – deyə o bildirib.