YAPONİYANIN İMPERATOR AİLƏSİ DƏ “INSTAGRAM” HESABI AÇIB

Yaponiyanın imperator ailəsi sosial mediada debüt edib. İmperatorun məhkəmə idarəsi bu gün “Instagram” hesabı açıb.

Kyodo agentliyi xəbər verir ki, sosial media platformasında səhifə açılması yaponları imperator ailəsinin fəaliyyəti barədə məlumatlandırmaq məqsədi daşıyır.

İmperator ailəsinin şəkillərinin yerləşdirildiyi “Instagram” səhifəsini gün ərzində 300 min nəfər izləyib.