YAPONİYANIN CƏNUBUNDA GÜCLÜ ZƏLZƏLƏ OLUB

Noyabrın 11-də yerli vaxtla gecə saat 00:45 dəqiqədə Yaponiyanın cənub sahillərində 6,5 bal gücündə zəlzələ baş verib.

Bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb.

Yeraltı təkanların Miyako adasındakı Hirara şəhərindən 166 kilometr cənub-şərqdə, ocağının 10 kilometr dərinlikdə yerləşdiyi bildirilir.

Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir. Sunami xəbərdarlığı elan edilməyib.