YAPONİYADA 5,4 BAL GÜCÜNDƏ ZƏLZƏLƏ BAŞ VERİB

Yaponiyanın mərkəzində 5,4 bal gücündə zəlzələ baş verib.

Bu barədə ölkənin Milli Meteorologiya İdarəsi məlumat yayıb.

Məlumata görə, zəlzələnin episentri Tokio ilə qonşu olan Çiba prefekturasında, 50 kilometr dərinlikdə yerləşib.

Zəlzələdən sonra insan tələfatı və dağıntılar barədə məlumat verilməyib və sunami təhlükəsi aradan qaldırılıb.