YAPONİYA SAHİLLƏRİNDƏ KRUİZ GƏMİSİ BATIR

Yaponiyanın şimalında, Hokkaydo adası sahillərində kruiz gəmisi batır.

Bu barədə Yaponiya televiziyası bildirib.

Gəmidə 30-a yaxın şəxsin olduğu deyilir. Qeyd olunur ki, onlar xilasedici jiletlərini geyərək xilasedicilərin yaxınlaşmasını gözləyirlər.

Hadisə yerinə patrul qayıqları və təyyarələr göndərilib.

Qəzanın səbəbləri ilə bağlı açıqlama verilməyib.