YAPONİYA SAHİLLƏRİNDƏ 6,1 BAL GÜCÜNDƏ ZƏLZƏLƏ BAŞ VERİB

Yaponiya sahillərində 6,1 bal gücündə zəlzələ qeydə alınıb.

Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi bildirib.

Zəlzələnin episentri Şimoda şəhərindən (Honsyu adası) 525 km cənub-şərqdə olub. Təkanların ocağı 10 km dərinlikdə yerləşib.

Sunami təhlükəsi ilə bağlı məlumat verilməyib.