Yeni Azərbaycan Partiyasının (YAP) deputatlığa namizədlərinin siyahısının təsdiqlənməsi məsələsinə yəqin ki, İdarə Heyətinin növbəti iclasında baxılacaq.
Bunu jurnalistlərə deputat, YAP İdarə Heyətinin üzvü Musa Quliyev bildirib:
O qeyd edib ki, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin bu gün keçirilən iclasında növbədənkənar Parlament seçkilərinə hazırlıq məsələləri müzakirə olunub, partiyanın Mərkəzi və yerli qərargahları formalaşıb.
O vurğulayıb ki, iclasda həmçinin partiyanın növbədənkənar Parlament seçkilərində səlahiyyətli nümayəndələri müəyyənləşib. “Yəqin ki, partiyanın namizədlərinin irəli sürülməsi və namizədlərin siyahısının təsdiqlənməsi məsələsinə İdarə Heyətinin növbəti iclasında baxılacaq. Namizədlərin siyahısına gəlincə, bu barədə hələlik ilkin məlumat yoxdur”.