YANVAR-NOYABR AYLARINDA 1 MİLYON TONDAN ÇOX AVTOMOBİL BENZİNİ ISTEHSALI OLUNUB

Cari ilin yanvar-noyabr aylarında Azərbaycanda 1 milyon 881,3 min ton dizel yanacağı, 1 milyon 66,3 min ton avtomobil benzini, 161,9 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 459,1 min ton ağ neft, 58,4 min ton yanacaq mazutu, 22,6 min ton sürtkü yağları, 347,1 min ton neft bitumu və 179,5 min ton neft koksu istehsal olunub.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 11 ayda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2 milyard 809,4 milyon manat olmaqla əvvəlki ilin eyni ayları ilə müqayisədə 1,8 faiz azalıb.

Neft məhsullarından neft bitumunun istehsalı 51,5 faiz, sürtkü yağlarının istehsalı 9,7 faiz, avtomobil benzininin istehsalı 2,3 faiz artıb.

Dizel yanacağının istehsalı 1,6 faiz, ağ neftin istehsalı 14,6 faiz, neft koksunun istehsalı 17,9 faiz, neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı 27,3 faiz, yanacaq mazutunun istehsalı 50,7 faiz azalıb.