YANVAR-AVQUST AYLARINDA ÖLKƏDƏN 8 MİLYARD 994,9 MİLYON KUBMETR TƏBİİ QAZ IXRAC EDİLİB.

Yanvar-avqust aylarında ölkədən 8 milyard 994,9 milyon kubmetr təbii qaz ixrac edilib.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, ixrac edilən təbii qazın dəyəri isə 1 milyard 702,8 milyon ABŞ dolları olub.

Xatırladaq ki, ötən ilin eyni dövründə ölkədən 7 milyard 415,3 milyon kubmetr təbii qaz ixrac edilmiş, həmin ixracın dəyəri 1 milyard 421,2 milyon dollar olmuşdu.