Antalyadakı yanğınlar tamamilə lokallaşdırılıb. 1238 mülkdə ümumilikdə 34 milyon 596 min lirə məbləğində zərər müəyyən edilib.
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu yanğınlarla əlaqədar keçirilən brifinqdə çıxışı zamanı deyib. O bildirib ki, 58 məhəllədə 3 min 231 bina yanğından zərər görüb:
“Ağır zərər dəymiş binalarımız sökülüb, yerində yeniləri tikiləcək. Az zərər görənlər isə bərpa olunacaq. Vətəndaşlarımızın müvəqqqəti sığınacağa ehtiyacı var. 400 yaşayış konteynerindən 200-ü qurulub. Həmçinin 93 nəqliyyat vasitəsi yanıb. Bunlardan 16-sı traktordur. 4-ünü almışıq, 12 traktorun da verilməsi üçün sənədləşmələrə başlanılacaq. Nəqliyyat vasitələrinə dəymiş ümumi zərər 2 milyon 55 min lirədir. Digər tərəfdən heyvandarlıq və əkinçilik sahələri də yanğınların təsirinə məruz qalıb. Heyvandarlığıa 11 milyon lirəlik zərrər dəyib”.