YALÇIN RƏFİYEV: COP29-A HAZIRLIQLA BAĞLI GÖRÜLƏN İŞLƏR TƏYİN EDİLƏN VAXTA UYĞUN GEDİR

COP29-a hazırlıqda ən böyük çətinliklərimizdən biri müddətin az olması idi. Buna baxmayaraq, indiyə qədər görülən işlər təyin edilən vaxta uyğun gedir.

Bunu jurnalistlərə açıqlamasında COP29-un baş danışıqçısı, Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev deyib.

“COP29-a hazırlıq mərhələsini sessiyadan əvvəl və sonrakı mərhələlərə bölsək görərik ki, aparılan işlər öz qaydasında irəliləyir. Bundan sonrakı mərhələlər üçün də planlarımız, “Yol xəritəmiz” hazırdır”, – deyə nazir müavini qeyd edib.