
Fransa dövləti beynəlxalq hüquqa uyğun olaraq Dağlıq Qarabağın müstəqilliyini tanımır.
Bunu Ermənistanda səfərdə olan Fransa Milli Assambleyasının sədri Yael Braun-Pive İrəvanda erməni həmkarı ilə birlikdə keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, Fransa dövləti sadiq olduğu beynəlxalq hüquqa uyğun olaraq, “Dağlıq Qarabağ” adlandırılan məkanın müstəqilliyini tanımır.
Fransa Milli Assambleyasının sədri Qarabağ ətrafında baş verən hazırkı vəziyyətə də toxunub. O qeyd edib ki, sülhə və dialoqa gedən yol tam tükənməyib. Dialoqdan imtinaya ehtiyac yoxdur.