Husi qiyamçıları tərəfindən Yəmənin Marib şəhərinə edilən raket hücumu nəticəsində azı 5 nəfər ölüb, 34 nəfər yaralanıb.
“Reuters” agentliyi xəbər verir ki, raket al-Matar ərazisində yerləşən hərbi obyektin yaxınlığına düşüb.
Qeyd edək ki, Marib şəhəri ötən il döyüşlərin mərkəzi olan, enerji istehsal edilən bölgədə yerləşir.