
Çinin Çenqdu şəhərində keçirilən XXXl Ümumdünya Yay Universiadasında Azərbaycan bayrağının qaldırılması mərasimi keçirilib. Mərasimdən sonra Atletlər kəndində Azərbaycanın şərəfinə ağac əkilib.XXXl Ümumdünya Yay Universiadasının açılış mərasimi iyulun 28-də keçiriləcək. Açılış mərasimində Azərbaycan bayrağını cüdoçumuz Gültac Məmmədəliyeva və atletimiz Nazim Babayev daşıyacaqlar.Azərbaycan yarışda 16 idman növündə ümumilikdə 87 idmançı ilə təmsil olunacaq.
