Biz xüsusi təyinatlı ali məktəblərin qəbul planını elan etmirik.
Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. Onun sözlərinə görə, ötən il qəbul nəticələrində üçüncü ixtisas qrupunda Polis Akademiyasında minimal keçid balı 439,3 bal, maksimal 643 bal olub. Ümumilikdə 600 baldan yüksək nəticə göstərən 8 nəfər Polis Akademiyasına qəbul olub.
DİM sədri ötənilki qəbul nəticələrində Dövlət Təhlükəsizlik Komitəsinin Akademiyasının hüquqşünaslıq ixtisası üzrə keçid balının 541 olduğunu söyləyib. Qeyd edib ki, həmin təhsil müəssisəsinə 600 baldan yüksək nəticə göstərən 7 nəfər qəbul olub: “Lakin Polis Akademiyasına qəbul olmayıb 439 baldan aşağı nəticə göstərən və mandat komissiyasından keçənlərin ümumi nəticəsi 200 baldan yüksəkdirsə, onlar Daxili Qoşunların Ali Hərbi Məktəbi tərəfindən təqdim olunan ixtisaslara sənəd verə bilərlər. Həmin abituriyentlər ərizə ilə həmin adı çəkilən akademiyaya müraciət edə bilərlər”.