XÜSUSİ TƏHSİL MÜƏSSİSƏLƏRİNƏ MÜƏLLİMLƏRİN İŞƏ QƏBULU ÜZRƏ VAKANSİYA SEÇİMİNƏ BAŞLANILIB

İnternat və internat tipli təhsil müəssisələrinin xüsusi siniflərinə müəllimlərin işə qəbulu üzrə vakansiya seçiminə başlanılıb.

Bu barədə Təhsil İnstitutundan məlumat verilib. Vakansiya seçimi oktyabrın 23-ü saat 17:00-dək davam edəcək. Vakansiya seçimində iştirak etmək istəyənlər institutun saytında göstərilən linkə daxil olaraq müraciət edə bilərlər.