XRİTDX-NİN NÜMAYƏNDƏ HEYƏTİ TÜRKİYƏDƏ “MÜDAFİƏ VƏ HAVAÇILIK SAHƏSİNDƏ” KEÇİRİLƏN TƏDBİRDƏ İŞTİRAK EDİR

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin nümayəndə heyəti Türkiyədə “Müdafiə və Havaçılık sahəsində” keçirilən tədbirdə iştirak edir.

Dövlət Xidmətindən bildirilib ki, Ankara şəhərində altıncı dəfə keçirilən tədbirdə Türkiyənin 300-dək şirkətinin iştirakı ilə yanaşı, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və digər güc strukturlarının nümayəndələri də qatılıblar.

Tədbirin açılış mərasimində təşkilatçılarla yanaşı Türkiyənin müdafiə sənayesi naziri iştirak və çıxış ediblər. ICDDA 2024-də mülki aviasiya, quru, dəniz, hava sistemləri və daxili təhlükəsizlik sahələrində təcrübəli ekspertlərin moderatorluğu ilə bir sıra panel müzakirələr təşkil edilib.

Tədbir müzakirələr, təcrübə mübadiləsi və sərgi ilə işini davam etdirir.