XOCAVƏNDDƏ ARIÇILIQ TƏSƏRRÜFATINDA HƏRBİ TƏYİNATLI PARTLAYICININ PARTLAMASI NƏTİCƏSİNDƏ BİR NƏFƏR XƏSARƏT ALIB

Fevralın 10-da saat 09:30-da Xocavənd rayonu Çartar kəndi ərazisində arıçılıq təsərrüfatında hərbi təyinatlı partlayıcının partlaması ilə bağlı polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan bildirilib ki, 1996-ci il təvəllüdlü Ələsgərov Samir Füzuli oğlu əlindən xəsarət alıb. Vətəndaş xəstəxanaya təxliyə edilib.

Araşdırma aparılır.