XOCALIDA DAHA BİR KÜTLƏVİ MƏZARLIQ AŞKARLANIB

Xocalıda daha bir kütləvi məzarlıq aşkarlanıb.

Kütləvi məzarlıq qazıntı işləri aparılarkən aşkar edilib.

Əsgəran- Xocalı yolunun üstündə aşkarlanan bu məzarlıqda ən azı 7 itkin şəhidə aid meyit qalıqları aşkarlanıb.

Mütəxəssislərin rəyinə görə, qalıqlar mülki şəxslərə aiddir. Onlar qeyri-ənənəvi yolla dəfn olunublar.

Aşkar edilən insan sümüklərində zorakılıq əlamətləri açıq-aydın müşahidə edilir.