XOCALI QƏTLİAMINDAN 29 İL ÖTÜR

Erməni terrorçularının xalqımıza qarşı həyata keçirdikləri etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində törətdikləri qanlı cinayətlər, qətliamlar arasında Xocalı faciəsi xüsusi amansızlığına görə seçilir. Bir gecədə Xocalı şəhərinin yerlə-yeksan edilməsi, qadın, uşaq və qoca demədən 613 günahsız insanın məhz azərbaycanlı olduqlarına görə öldürülməsi bu qətliamın soyqırımı olduğunu təsdiqləyir. Faciədə qətlə yetirilənlərdən 63-ü uşaq, 106-sı qadın, 70-i yaşlılar olub. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Həmçinin 487 nəfər ağır yaralanıb, 1275 nəfər girov götürülüb. Faciədən sonra əsir götürülən azərbaycanlılar amansız işgəncələrə məruz qalıblar.
Erməni vandallarının xalqımıza qarşı həyata keçirdikləri bu cinayət əməlindən 29 il ötür. Xocalı faciəsini artıq qalib xalq kimi anacağımız üçün hadisə qurbanlarının ruhu şaddır. Vətən müharibəsində qələbəmiz həmin insanların ruhuna rahatlıq gətirib.