XOCƏSƏN–LÖKBATAN AVTOMOBİL YOLUNUN PİYADA KEÇİDİNDƏ TƏMİR İŞLƏRİ DAVAM EDİR

Xocəsən–Lökbatan avtomobil yolunun piyada keçidində aparılan təmir-bərpa işləri davam edir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib ki, vətəndaşların avtomobil yolunu rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək məqsədilə Xocəsən–Lökbatan avtomobil yolunun 2-ci kilometrdə yerləşən yerüstü piyada keçidində aparılan təmir-bərpa işləri davam edir.

Layihəyə uyğun olaraq gecə saatlarında keçidin aşırım hissəsinin quraşdırılması həyata keçirilib.