Xırdalan şəhərinin 27-ci məhəlləsində, 17 saylı binanın həyətində Vətən Müharibəsində şəhid olan 6 igidimizin xatirəsini əbədiləşdirmək məqsədi ilə abidə-bulaq kompleksi inşa olunub.
Kompleks eyni məhəllədə böyüyən və ya müəyyən müddətdə orada yaşayan 6 Abşeronlu qəhrəmanın xatirəsinə ucaldılıb.
Ərazidə Abad Məhəllə yaradılıb, 2 söhbətgah quraşdırılıb, mini-park salınıb, həmişəyaşıl gül kolları və müxtəlif növ ağaclar əkilib. Binanın həyəti asfaltlanıb, ərazi abadlaşdırılıb.