
Bu ilin sentyabr ayında “Xınalıq və Köç yolu” adlı nominasiya sənədinin UNESCO-nun Ümumdünya İrs siyahısına salınması məsələsinə baxılacaq.
Bu barədə Dövlət Turizm Agentliyinin sədr müavini Azadə Hüseynova deyib.
“Xınalıq mədəni landşaftı və Köç yolu” adlı nominasiya sənədi ilə bağlı xeyli iş görülüb. Artıq YUNESKO-nun Ümumdünya İrs Siyahına daxil edilməsi üçün UNESCO-nun Dünya İrs Komitəsinə təqdim edilib və qiymətləndirmə ərəfəsindədir. Verilən qərara uyğun olaraq bu ilin sentyabr ayında Komitənin iclasında müzakirəyə çıxarılacaq”,- deyə o bildirib.
A.Hüseynova həmçinin əlavə edib ki, nominasiya sənədinin özəlliyi bundan ibarətdir ki, bu, ilk dəfə yerli mütəxəssislər tərəfindən hazırlanıb.
