Yeni diplomatik nümayəndəliklər diplomatik səylərimizi daha da gücləndirəcək.
Bu barədə bu gün Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) “Twitter” hesabında bildirilib.
“Milli Məclis Albaniyada, İsraildə, Keniyada səfirliklərin, BMT-nin Nayrobi ofisində Daimi Nümayəndəliyin, Fələstində Təmsilçilik Ofisi açılması haqqında qanun layihələrini təsdiqləyib. Yeni diplomatik nümayəndəliklər diplomatik səylərimizi daha da gücləndirəcək”, – deyə məlumatda qeyd edilir.