
Xarici İşlər Nazirliyi Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə bağlı paylaşım edib.
Bu barədə nazirlik öz “Twitter” səhifəsində yazıb.
“Anadan olmasının 100-cü ildönümünü ehtiram ilə qeyd etdiyimiz, ömrünü xalqına həsr edən Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi Azərbaycan var olduqca əbədi yaşayacaq. Qürur mənbəyimiz Ümummilli Liderimizi dərin minnətdarlıqla anırıq”, – deyə paylaşımda bildirilib.