XİN UKRAYNADAN POLŞA SƏRHƏDİNƏ GƏLƏN AZƏRBAYCAN VƏTƏNDAŞLARINA MÜRACİƏT EDİB

Ukraynadan Polşa sərhədinə keçən Azərbaycan vətəndaşlarından təxliyə üçün həmin ölkədə olan səfirliyimizə məlumat vermələrini xahiş edirik.

Bunu Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bu gün keçirilən brifinqdə deyib.

L.Abdullayeva bildirib ki, Polşa sərhədində xeyli insan toplaşıb.

“İnsanların çox olması səbəbindən Polşa hökuməti tərəfindən təşkil olunmuş avtobuslar vasitəsilə insanlar Polşanın digər şəhərlərinə aparılır. Vətəndaşlardan xahiş edirik ki, sərhədi keçdikdən sonra Azərbaycan səfirliyi ilə əlaqə saxlasınlar və öz yerləri barədə məlumat versinlər ki, növbəti təxliyə zamanı nəzərə alınsınlar”, – deyə L.Abdullayeva bildirib.