XİN: ORTAQ DİL VƏ MƏDƏNİYYƏT TÜRKDİLLİ ÖLKƏLƏR ARASINDA HƏMRƏYLİK ÜÇÜN ƏSASDIR

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatı Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edir.

Bu barədə bu gün Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi “Twitter” hesabında qeyd edilib.

“Ortaq tarix, ortaq dil, ortaq kimlik və mədəniyyət türkdilli ölkələr arasında daha dərin əlaqələr və həmrəylik üçün əsasdır!”, – deyə məlumatda qeyd edilib.

Həmçinin bildirilib ki, iclasın gündəliyinə prioritet məsələlərlə yanaşı, 11 noyabr 2022-ci ildə Səmərqənddə keçiriləcək TDT Sammitinə hazırlıq məsələləri də daxildir.