XİN: MÜHARİBƏDƏN SONRA MİNA QURBANLARININ SAYI 291-Ə ÇATIB

Ermənistanın basdırdığı minaları Azərbaycan vətəndaşlarını öldürməyə və şikəst etməyə davam edir.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi öz “Twitter” səhifəsində yazıb.

Bildirilib ki, bu gün Tərtər rayonunda baş verən mina partlayışı nəticəsində mülki vətəndaş xəsarət alıb və nəticədə müharibə bitdikdən sonra mina qurbanlarının sayı 291 nəfərə çatıb.

“Ermənistan hələ də dəqiq mina xəritələrini verməkdən imtina edir”, – qeyd olunub.