XİN: MİLLİ MƏTBUATIMIZ ÖLKƏMİZİN MARAQLARININ İRƏLİLƏDİLMƏSİ İŞİNDƏ MÜHÜM ROL OYNAYIR

Milli mətbuatımız ölkəmizin maraqlarının irəlilədilməsi işində mühüm rol oynayır.

Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin “Twitter” səhifəsindəki paylaşımda deyilir.

“Bu gün Azərbaycan milli mətbuatının yaranmasından 148 il ötür.

Azərbaycanda tarixi 1875-ci ildə “Əkinçi” qəzetinin ilk nömrəsinin nəşri ilə başlayan milli mətbuatımız ölkəmizin maraqlarının irəlilədilməsi işində mühüm rol oynayır.

Dəyərli media işçilərini təbrik edirik!”, -deyə paylaşımda bildirilir.