
Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) İsrail Dövlətinin müstəqilliyinin 75-ci ildönümü ilə bağlı təbrik ünvanlayıb.
Bu barədə XİN-in “Twitter”dəki paylaşımında bildirilir.
“İsrail Dövlətinin müstəqilliyinin 75-ci ildönümündə Azərbaycan-İsrail əlaqələrinin daha da dərinləşməsini səbirsizliklə gözləyirik”, – Azərbaycanın Xarici İşlər Nazirliyinin paylaşımında qeyd edilir.

