XİN-İN XÜSUSİ TAPŞIRIQLAR ÜZRƏ SƏFİRİ VƏFAT EDİB

Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Fəxrəddin Qurbanov vəfat edib.

Bu barədə nazirliyin tvitter səhifəsində məlumat paylaşılıb.

Paylaşımda Xarici İşlər Nazirliyinin kollektivi adından F.Qurbanovun ailəsinə dərin hüznlə başsağlığı verilib.

Qeyd edək ki, F.Qurbanov uzun illər Azərbaycanın müxtəlif ölkələrdə səfiri olub.

Allah rəhmət eləsin!