Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycanın Gəncə şəhərinə, dinc əhaliyə növbəti raket hücumundan 2 il ötür.
Bu barədə bu gün Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi “Twitter” hesabında qeyd edilib.
“Bu qəddar hücumun nəticəsində 15 nəfər həlak olub ki, onların arasında uşaqlar da var idi. Günahsız insanların qurban olmasına görə beynəlxalq ictimaiyyəti Ermənistanı törətdiyi cinayətlərə görə məsuliyyətə cəlb etməyə çağırırıq”, – deyə bildirilib.