XİN: ERMƏNİSTANIN YERLƏŞDİRDİYİ MİNALARIN TƏHLÜKƏSİ HƏMİŞƏ AKTUALDIR

“Ermənistanın yerləşdirdiyi minaların təhlükəsi həmişə aktualdır”.

Bunu Azərbaycan Xarici İşlər Nazirliyi X hesabında bildirib.

“Tərəfdaşların Ermənistanı bu təhlükəni aradan qaldırmağa məcbur etməməsi daha çox itkilərə və xəsarətlərə səbəb olur.

Bu gün partlayış nəticəsində bir mülki şəxs ağır yaralanıb, ayağı amputasiya edilib.

2020-ci ilin noyabr ayından indiyədək 343 nəfər minaların qurbanı olub”, – deyə paylaşımda qeyd olunub.