XİN: ERMƏNİSTANIN YERLƏŞDİRDİYİ MİNALAR AZƏRBAYCANDA İNSAN HƏYATI ÜÇÜN TƏHLÜKƏ YARATMAĞA DAVAM EDİR

Ermənistanın yerləşdirdiyi minalar Azərbaycanda insan həyatı üçün təhlükə yaratmağa davam edir.

Bu barədə Xarici İşlər Nazirliyinin “X” sosial media hesabında bildirilib.

“Bu gün Şuşa və Füzuli rayonlarında mina partlaması nəticəsində daha iki azərbaycanlı mülki şəxs ağır yaralanıb. 44 günlük müharibənin bitməsindən bəri mina qurbanlarının sayı 340 nəfərə çatıb”,- deyə paylaşımda qeyd edilib.

Qeyd edək ki, dekabrın 7-si saat 10 radələrində Füzuli rayonu Horadiz kəndi ərazisində təsəfərrüfat işləri aparan zaman traktorun minaya düşməsi nəticəsində 1994-cü il təvəllüdlü Zamin Həsənlinin xəsarət alıb. Həmçinin eyni gündə Şuşa rayonu ərazisində elektirik təsəfərrüfat sahəsində çalışan 1987-ci il təvəllüdlü Rahim Həbibovun elektrik xətti çəkərkən mina partlaması nəticəsində sağ ayağının dizdən aşağı hissəsinin amputasiyası xəsarəti alıb.