XİN: ERMƏNİSTANIN ROMA STATUTUNU RATİFİKASİYAYA VERMƏSİ RUSİYA TƏRƏFİNDƏ SUALLAR DOĞURUR

Ermənistanın Roma statutunu parlamentin ratifikasiyasına verməsi Rusiya tərəfində suallar doğurur.

Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə bu barədə suala cavablandırıb. Onun sözlərinə görə, bu günlərdə Ermənistan səfiri Rusiya XİN-ə çağırılarkən, ona digər məsələlərlə yanaşı, Roma statutunun ratifikasiyasına dair rəsmi Moskvanın etirazı da çatdırılıb.

“Bu, nə üçün edilir? Biz bu addımları qeyri-dost addımlar kimi dəyərləndiririk və bu barədə dəfələrlə erməni həmkarlarımıza, tərəfdaşlarımıza, dostlarımıza ikitərəfli kanallar vasitəsilə məlumat vermişik”, – deyə M.Zaxarova vurğulayıb.

O əlavə edib ki, Ermənistan tərəfi Rusiyada suallar doğuran bir neçə addım atdıqdan sonra məsələ açıq müstəviyə çıxarılıb.